Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Etikxeber.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktının elan olunması başa çatıb.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər. Hazırda iclasda fasilə elan edilib.
Fasilədən sonra iclasda əvvəlcə zərərçəkmişlərin yoxsa təqsirləndirilən şəxslərin ifadə verməsi məsələsi tərəflərlə razılaşdırılacaq.
Etikxeber.az