“Çox ciddi çətinlik, sıxıntı içindəyəm, kirayədə qalıram…Aldığım pul da kirayəyə gedir…Bir aylıq övladıma belə baxmağa imkanım çatmır…”-GƏNCƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI, BEŞ MEDALLI, BİR ÖVLAD ATASI-QAZİ ARZU ƏSƏDOV… QAZİMİZƏ KÖMƏKLİK GÖSTƏRİLƏCƏKMİ, TEZLİKLƏ HAQQI OLAN MƏNZİLLƏ TƏMİN OLUNACAQMI? – FOTOLAR

Qələbə və Zəfər Dastanı yazan İgidlərimizdən, tarixi 44 günlük İkinci Vətən Müharibəsində sağlamlığını Vətən yolunda qurban verən Qəhrəman oğullarımızdan biri də Gəncəli Arzu Müşfiq oğlu Əsədovdur…

O Arzu Əsədov ki, cəmi iki yaşında anasını itirib, ana nəvazişindən məhrum qalıb…

O Arzu Əsədov ki, ana nənəsinin himayəsində və kirayələrdə yaşayıb və hazırda yaşamaqdadır…

O Arzu Əsədov ki, hələ də Haqqı olan evlə, mənzillə təmin olunmayıb…

O Arzu Əsədov ki, bu gün maddi çətinliklər, sıxıntılar içindədir, səhhətində də problemlər qalmaqda, davam etməkdədir…

Bu yerdə qeyd edim ki, Arzu Əsədov 2001-ci ilin sentyabr ayının 8-də Gəncə şəhərində dünyaya gəlib…

Evin-ailənin tək oğlan övladıdır…

Anasını iki yaşında itirib və 2003-cü ildən də onunla hazırda birlikdə yaşayan ana nənəsi Afizə Əsədova Arzuya həm analıq, həm atalıq edib…

Ata qayğısı,ata nəvazişi görməyib…

2007-2018-ci illərdə Gəncədə tam orta məktəbdə oxuyub…

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra-2019-cu ilin oktyabr ayının 8-də həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

Və Əsgərliyinin bir ilinin tamamına yaxın-2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərə, Vətənin müdafiəsinə atılıb…

14 günlük şərəfli döyüş yolu keçib…

Oktyabr ayının 10-da isə Hadrut istiqamətində qanlı döyüşlərdən birində ayağından-snayper gülləsindən ağır yaralanıb…

Uzun müddət Bakı şəhərində müxtəlif xəstəxana və hospitallarda ağır müalicə və müayinələrdən keçib…

Səhhətinə görə 2022-ci ildə ona 3-cü qrup (beş illik) əlillik dərəcəsi verilib…

Müharibə veteranı, Qarabağ Qazisidir…

Ali Baş Komannda təfərindən medallarla-“Xocavəndin azad olunmasına”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medallı ilə təltif olunub…

2023-cü ilin dekabr ayında ailə həyatı qurub və bir ay öncə Raul adlı oğlan övladı dünyaya gəlib…

Çox təəssüflər və əfsuslar olsun ki, ötən illər ərzində Qazimiz Haqqı, ehtiyacı olan evlə, mənzillə təmin olunmayıb…

Hər dəfə eyni söz deyilib-vaxtınız, növbəniz çatanda veriləcək, hələlik ev, mənzil yoxdur…

Ancaq Qazimizin səhhət durumu, yaşayış şəraiti elədir ki, o, təcili şəkildə evlə, mənzillə təmin olunmalıdır…

Çünki aldığı əlillik müavinəti onun kirayə pulunu güclə ödəyir…

Bir sözlə, Vətən yolunda sağlamlığını qurban vermiş Qazimiz maddi sıxıntı, çətinlik içindədir, ciddi maddi və mənəvi dəstəyə ehtiyacı var…

“Vallah, təzəcə dünyaya gəlmiş övladıma belə baxmağa imkanım çatmır…Çox ciddi çətinlik içindəyəm…Aldığım pul da kirayəyə gedir…Ev, mənzil məsələsində də get-gələ salınıram…Ona görə xahiş və rica edirəm ki, mənə dəstək olunsun, köməklik göstərilsin…”-deyə, Qazimiz bildirir…

Odur ki, səlahiyyətli qurumlar, məsul, cavabdeh şəxslər…Qazimizə dəstək olun, onu Haqqı olan evlə, mənzillə, normal bir işlə təmin edin!

Vəzifənizdir, borcunuzdur!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sabah Anım və doğum günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-İKİ BACININ TƏK QARDAŞI, NƏŞİ 4 AYDAN SONRA ƏBƏDİYYƏTƏ UĞURLANAN ƏMİRAĞA AĞAYEV, EVİN-AİLƏNİN TƏK OĞLU, İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN AZƏR ŞÜKÜROV…

Read Next

Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri-TƏYİN OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir