“Çox heyrət etdim ki…” – HÜSEYNBALA MİRƏLƏMOV – YENİLƏNİB

Millət vəkili: Qanun layihəsinin dili lakonik və şirin olmalıdır

“Aqrar sığorta haqında”qanun 2002-ci ildə qəbul olunsa da, çox təəssüf ki, 17 il ərzində işləmədi. Biz yerlərdə, rayonlarda, kəndlərdə olarkən, insanlarla görüşərkən hamı bu yöndə yeni bir sənədin qəbulu ilə maraqlanırdı. Fermerlər, kənd təsərrüfatı işçiləri sığorta məsələsinin vacibliyini bir daha dilə gətiridilər.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədr müavini, professor Eldar Quliyev “Aqrar sığorta haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O, bildirib  ki, artıq bu yöndə yeni qanun layihəsinin hazırlanması və müzakirəsi aqrar sektorun işçilərini, sahibkarları, fermerləri sevindirəcək: “Bu, onların sığorta ilə bağlı problemlərinin həllinə öz müsbət təsirini göstərəcək”.

Millət vəkili, yazıçı Hüseynbala Mirələmov bildirib ki,  müzakirəyə çıxarılan səbnəd inqilabi bir qanun  layihəsidir: “Açığı çox heyrət etdim ki, belə bir gözəl sənəd ortaya gəlib. Amma bununla belə, qanun layihəsinin dili lakonik, şirin olmalıdır. Hamı bunu başa düşməlidir. Həmçinin,  hesab edirəm ki, biz bu sənədi tez qəbul etməliyik. Onun qəbulunu sürətləndirməliyik ki, kənd təsərrüfatının inkişafına, sığorta məsələlərinə öz müsbət təsirini göstərsin”.

Millət vəkili, bəstəkar Novruz Aslanov da yeni qanun layihəsinin hazırlanmasının çox əhəmiyyətli olduğunu, əvvəlki qanundan fərqli olaraq, onu işlək olacağına ümid etdiyini bildirib: “Bu, çox uğurlu bir sənəddir. Eyni zamanda, bu qanun layihəsinin qəbulu ilə kifayətlənilməmlidir, maarifləndirmə mütləq olmalıdır. Qanun qüvvəyə mindikdən sonra onun ətraflı izahatı aparılmalıdır. Çox yaxşı haldır ki, artıq bəzi kanallarda bu maarifləndirmə işləri aparılır, qəbul olunan qanunların geniş izahatı aparılır. Odur ki, bu sənədin də qəbulunudan sonra onun geniş izahatı, maarifləndirməsi aparılmalıdır”. Millət vəkili həmçinin növbəti mərhələlərdə qanun layihəsinin bir daha təkmilləşdirilməli olduğunu, bəzi maddələrin daha konkret və anlaşıqlı şəkildə yazılmasının vacibliyini söyləyib. O, qeyd edib ki, ilkin mərhələdə Aqrar sığorta orqanının qeyri-kommersiya təşkilatı kimi fəaliyyəti nəzərdə tutulsa da, ancaq gələcək dövrdə bu məsələ aradan qaldırılmalıdır. Millət vəkili eyni zamanda, bu prosesdə bütün məsələlərin elektronlaşdırılmasının vacibliyini vurğulayıb.

meclis-5

***

Saytımıza açıqlamasında adıçəkilən komitənin üzvü Eldəniz Səlimov da bir daha həmkarları kimi, adıçəkilən qanun layihəsinin müzakirələrə çıxarılmasını yüksək qiymətləndirdiyini və təqdir etdiyini bildirib.

Qeyd edib ki, bu yöndə fikirlərini də mətbuata açıqlayıb və bir daha həmin fikirlərinin üzərində qalaraq, hesab edir ki, aqrar sığorta məsələsi son illərdə həllini  gözləyən vacib məsələlər sırasında yer alırdı:

“Mətbuata açıqlamamda da dediyim kimi, sığorta məsələləri son illər aktuallığı ilə üzə çıxıb. Xüsusilə də, aqrar sektorda bu məsələ ilə bağlı həlli gözləyən problemlər vardı. Fermerlər, sahibkarlar bir sıra hallarda bu məsələdən əziyyət çəkirdilər. Düzdür, dövlət öz köməyini, yardımını edirdi, amma məsələ problem olaraq qalırdı. Ona görə bu qanun layihəsi, onun qəbulu, Aqrar sığorta qurumunun yaradılması bu istiqamətdə çox mühüm addımlardan və töhfələrdən biri olacaq”.

Müzakirələrə yekun vuran adıçəkilən komitənin sədri Eldar İbrahimov  qanun layihəsinin hazırlanmasında Kənd Təsərrüfatı Nazirliyinin çox böyük zəhmətinin olduğunu bildirib.

Bildirib ki, növbəti mərhələdə adıçəkilən nazirlik və digər qurumlarla bir daha sözügedən qanun layihəsi üzərində təkmilkləşdirmə işləri aparılmalıdır və aparılacaq:

“Yəni, bütün ortaya çıxan məsələlər, suallar hamısı orada çözülməli və sonda tam təkmil qanun layihəsi qəbul etməliyik. Bütövlükdə bu sənəd çox vacibdir. Bunun qəbuluna ciddi ehtiyac var. Ən əsası isə odur ki, onun işləkliyi təmin olunmalıdır. İnanıram ki, belə də olacaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Zidan yayda 5 futbolçusunu transfer etmək fikrindədir…

Read Next

Aqrar sığorta ilə bağlı bütün risqləri dövlət öz üzərinə götürəcək – YENİ QANUN LAYİHƏSİNİN MÜZAKİRƏSİ BAŞLANDI – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir