“Çox pulu olanlar bilirsinizmi özlərini niyə, yumşaq desək, adekvat aparmırlar?” – DEPUTAT

“Bəzi çox pulu olanlar bilirsinizmi özlərini niyə, yumşaq desək, adekvat aparmırlar? Pul nədir, pul əslində həm enerji daşıyıcısı, həm də enerji qaynağıdır. Yəqin fikir vermisiniz, uşaqlar enerjilərinin çoxluğundan bir yerdə durmur, tez-tez dəcəllik edir, nəyisə sındırır, dağıdırlar. Çünki yetkin deyillər”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, pulu çox olan bəzilərinin “qudurğanlıq” kimi qiymətləndirilən hərəkərtlərinin arxasında duran səbəb də budur-onların yetkin olmamalarıdır.

“Görünür, həmən pul da uşaqlardakı enerji kimi qazanılan yox, veriləndir, ağıllarıyla tərs mütənasibdir. Ağır zəhmətlə qazanılan pul haqq edilən puldur, xərclənən enerjinin qarşılığında əldə olunandır.

Çətin bu cür pul yiyəsi yolundan çıxsın. İnsan zəhmət çəkmədən yetkinləşə, yetkin adam isə qudurğan ola bilməz…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Arınçın damadı “FETÖ abisi” çıxdı…

Read Next

Saricalinskayaya birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verildi – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir