Cüdo yarışlarında komandamızın aktivinə ilk qızıl medalı Məmmədəli Mehdiyev yazdırdı

Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə Azərbaycanın ilk qızıl medalını Məmmədəli Mehdiyev qazanıb.

Etikxeber.az xəbər verir ki, yarışda 90 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində Məmmədəli Mehdiyev finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi üzərində ipponla qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gənclər arasında Avropa birinciliyinin, Ümumdünya Tələbə Universiadasının bürünc medalçısı olan Məmmədəli Mehdiyev Qran-pri və “Böyük dəbilqə” turnirlərinin qalibi və mükafatçısıdır. O, həmçinin Avropa kubokunda birinci yerin sahibi olub.

Etikxeber.az

Read Previous

Roman Heydərov da “İslamiada”nın qalibi oldu: Azərbaycanın 13-cü qızıl medalı

Read Next

“BİZƏ NƏVƏLƏRİNİZLƏ GƏLİN, yaxud, İKİ İSA HƏBİBBƏYLİ…” – DEPUTAT YAZIR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir