Cüdoçularımız Minskdə keçiriləcək açıq Avropa çempionatına qatılacaq

Cüdo üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışını başa vurduqdan sonra iyulun 20-də səfərə yollanacaq. Cüdoçularımız iyulun 22-də Minskdə keçiriləcək açıq Avropa çempionatına qatılacaqlar.

Etikxeber.az xəbər verir ki, 50 ölkədən 500-ə yaxın cüdoçunun mübarizə aparacağı mötəbər yarışda ölkəmiz 16 idmançı ilə təmsil olunacaq.

Minskdə Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Fəqan Quluzadə, Məmmədli Mehdiyev, Tural Səfquliyev, Firudin Dadaşov, Rüfət İsmayılov, Elmar Qasımov, Elxan Məmmədov, Uşanqi Kokauri, Səkinə Zayırova, Gülsədəf Kərimova, Kristina Jukovets və Nuriyyə Axundova tatami üzərinə çıxacaqlar.

Etikxeber.az

Read Previous

​”Qarabağ” Çempionlar Liqasında cavab oyununa çıxacaq- BU GÜN

Read Next

“Fənərbağça” heyətinə yeni futbolçu cəlb edir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir