“Cümhuriyyət ili” və prezident seçkiləri… DEPUTATLAR BU BARƏDƏ NƏ DEDİLƏR?

“Bu il Azərbaycanda çox həssas bir dövrüdür, ölkədə növbəti prezident seçkiləri keçiriləcək”.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov parlamentin qarşıdan gələn yaz sessiyası ilə bağlı adçəkilən komitənin yanvarın 29-da ilk iclasında çıxışı zamanı deyib.
rafael-aspa-1
O, qeyd edib ki, bu il həm Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 iliyi tamam olur, bununla bağlı ölkə Prezidenti İlham Əliyevin “Cümhuriyyət ili” haqqında  məlum sərəncamı var, həm də 2018-ci il ölkədə növbəti prezident seçkiləri ilidir:
“Ona görə bu il hər birimizdən daha məsuliyyətli və daha  həssas olmağımızı, daha çox iş görməyimizi tələb edir. Hər birimiz bu iki prosesə də  öz töhfəmizi verməyə çalışmalıyıq. Bu, bizim vətəndaşlıq borcumuzdur. Şəxsən mənim özümün AXC-nin 100 illiyi ilə bağlı bir sıra planlarım var. İki kitabım  bu yaxınlarda işıq üzü görəcək ki, hər ikisi də Cümhirriyyət qurucuları ilə bağlıdır. Biri Azərbaycan parlamentinin əsas simalarından olan Həsən bəy Ağayevə, biri də digər Cümhuriyyət qurucularına həsr olunub. İnanıram ki, komitəmizin digər üzvləri də öz əsərləri, yazıları ilə “Cümhuriyyət ilin”nə öz töhfələrini verəcəklər”.
jala-rafael
jala-6
Adıçəkilən komitənin sədr müavini, professor Jalə Əliyeva da 2018-ci ilin Azərbaycan xalqı və dövlətinin tarixində çox mühüm, əlamətdar bir olduğunu və olacağını bildirib:
“Burada da deyildiyi kim, bu il ölkəmizdə çox mühüm hadisələr yaşanacaq. Bunlardan biri “Cümhuiriyyət ili”dir, digər isə prezident seçkiləridir. Hər ikisi də xalqımız və dövlətimiz üçün çox vacib əhəmiyyətli hasdisələrdir və hər birimizdən  də tələb olunur ki, bu proseslərə öz töhfəmizi verək. Müstəqil Azərbaycanın, ilk müstəqil Azərbaycan dövlətinin 100 illliyi və onun rəsmi səviyyədə qeyd olunması hər birimizin iftixar hissi, qürur mənbəyidir. Hər birimiz bu tarixlə fəxr edir və öyünürük. Bu tarixi hadisənin dövlət səviyyəsində qeyd olunması da xüsusi qeyd olunmalı bir hadisədir. Bu, Azərbaycan dövlətinin Cümhuriyyət qurucularına böyük ehtiramı, sayğısıdır. Odur ki, hər birimiz həm “Cümhuriyyət ili”nə, həm də prezident seçkilərinə öz işlərimizlə töhfəmizi verməliyik və inanıram ki, belə də olacaq”.
***
Samsaddin
Qeyd edək ki, prezident seçkiləri məsələsi parlamentin digər komitəsinin – Elm və təhsil komitəsinin iclasında dilə gətirilib.
Bu dəfə bu məsələdən adıçəkilən komitənin üzvü, professor Şəmsəddin Hacıyev danışıb:
“Bu il məsuliyyətli bir ildir. Payızda Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Bu, çox mühüm və məsuliyyətli bir məsələ, bir prosesdir. İnanıram ki, hakim Yeni Azərbaycan Partiyası budəfəki seçkiləri də müvəffəqiyyətlə başa vuracaq”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

İsa Həbibbəylidən Vahid Əhmədovla Əli Məsimliyə yarıdəstək…

Read Next

Azərbaycanda iqtisadi və maliyyə vəziyyəti sabitdir – PREZİDENT – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir