“Çünki düşməndən daha təhlükəlidir belələri…” – QƏNİRƏ PAŞAYEVA YAZIR

 Gənclərlə  son görüşdə qızlardan biri “sizcə gerçək dost necə olmalıdır”-deyə, soruşdu. İllərin təcrübəsini paylaşdım onlarla.

Gerçək dost!

Arxanızca qeybət edən deyil,bunu edənlərə həddini bildirəndir. Səndən iki addım ayrı qalan kimi səni sevənlərə belə səndən qiybət edənlər dost deyil. 

Gerçək dost!

Üzünə gülüb sənə quyu qazan deyil, bunu edənlərin qazdığı quyuya özlərinin düşməsi üçün əlindən gələni əsirgəməyəndir.

Gerçək dost!

Sanki uğurlarına sevinirmiş kimi görünüb amma gerçəkdə paxılllıq edən deyil. Onun uğuru mənim uğurum deyəndir.

Gerçək dost!

Sadəcə ,uğursuzluğun,xəstəliyin,dərdin olanda gəlib gözyaşı törən deyil, uğuruna da sənin qədər sevinəndir.

Gerçək dost!

Sadəcə öz maraqlarını deyil sənin də maraqlarını düşünəndir.

Sadəcə öz duyğularını deyil sənin də duyğularını diqqətə alandır.

Gerçək dost!

İnsanlar içində səni qoruyandır.

Nə zaman yıxılacaq deyə, o günü zövqlə gözləyən deyil…

Əsl dostluq keyfiyyətlərinə sahib deyilsə, o adamı çıxarın həyatınızdan.

Çünki düşməndən daha təhlükəlidir belələri.

Düşməninizin ən azı düşmən olduğunu bilirsiniz, amma belələri arxadan kürəyinizə bıçaq vuranlardır.

Daha təhlükəlidirlər. 

P.S Çox azaldı gerçək dostluğun nə olduğunu anlayanların sayı… Təəssüf…

Qənirə PAŞAYEVA,

Millət vəkili

Etikxeber.az

 

Read Previous

ABŞ-da qanlı qətliam: 27 nəfər öldürüldü, 24 nəfər yaralandı – YENİLƏNİB – FOTOLAR

Read Next

Millət vəkilinə ağır itki üz verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir