CXP-dəki İncə tərəfdarı olan”müxalif” millət vəkilləri məlum oldu – SİYAHI

CXP-də növbədənkənar qurultayın keçirilməsi ilə bağlı çağırış və tələblər səngimək bilmir.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, növbədənkənar qurultayla bağlı tələb dünən TBMM-də mətbuat konfransı keçirən CXP Yalova millət vəkili və  partiya sədrliyinə sabiq namizəd Muharrem İncə tərəfindən səsləndirilmişdi.

Qeyd edək ki, ona CXP-dən olan digər 13 millət vəkili də dəstək vermişdi.

Həmin millət vəkillərinin kimliyi isə bu gün tam bəlli olub.

Bunlar Biləcik millət vəkili Yaşar Tüzün, Bolu millət vəkili Tanju Özcan, Balıkəsir millət vəkili Namik Havutça, Tekirdağ millət vəkili Emre Köprülü, Bartın millət vəkili Rıza Yalçın, Çanaqqala millət vəkili Bülent Öz, Girəsun millət vəkili Bülent Yener Bektaşoğlu, Burdur millət vəkili Mehmet Göker, Manisa millət vəkili Mazlum Nurlu, İstanbul millət vəkili Yakup Akkaya, Muğla millət vəkili Akın Üstündağ, Zonguldağ millət vəkili Şerafettin Turpçu ilə Edirnə millət vəkili Erdin Bircandır.

Etikxeber.az

Read Previous

Prezidentin bibisi və Heydər Əliyevin bacısı dünyasını dəyişdi

Read Next

Nigeriyada ağır yol qəzası 26 can aldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir