CXP-dən sonra Cemil Çiçekdən də “Darbe hesabatı”na sərt etiraz gəldi:

 ” ANAP YARANANDA DYP ADLI PARTİYA YOXUYDU…”
“Cemil Çiçek, Abdülkadir Aksu, Ali Coşkun, Ali Talip Özdemir Fətullah Gülənin yanına gəlmişlər və “Xocam, siz DYP-yə (Doğru Yol Partiyasına) yaxınsınız… DYP-yəmi girək, yoxsa ANAP-amı”- deyə, soruşmuşlardı. Bu insanlar Gülənin təlimatıyla da Tansu Çillərə rəğmən ANAP-a keçmişdilər…”

TBMM-in  “FETÖ və 15 İyul Darbe Girişimini Araştırma Komisyonu”nun hazırladığı ilkin hesabatdakı “Cemil Çiçek və Abdülkadir Aksunun “FETÖ”-nün təlimatı ilə hərəkət etdiyi” iddiasının yer aldığı bölüm, keçən həftə Komisyonun başqanı Reşat Petek tərəfindən açıqlanan son hesabatda özünün əksini tapmayıb.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ancaq hələ  ötən ilin dekabr ayında ortaya çıxan komisyonun “ön taslak” (ilkin) hesabatında “FETÖ”-nün qurulma mərhələsindəki çəkirdək kadrosunda yer alan Nurettin Verenin “FETÖ” isimli kitabından bu məqama yer ayrılıbmış:

“Cemil Çiçek, Abdülkadir Aksu, Ali Coşkun, Ali Talip Özdemir Fetullah Gülənin yanına gəlmişlər və “Xocam, siz DYP-yə (Doğru Yol Partiyasına) yaxınsınız… DYP-yəmi girək, yoxsa ANAP-amı”- deyə soruşmuşlardı. Bu insanlar Gülənin təlimatıyla da Tansu Çillərə rəğmən ANAP-a keçdilər…”

TBMM-in əski başqanı C.Çiçek isə bu iddianı “dəli saçması” kimi, qiymətləndirərək bunları deyib:

 “ANAP qurulurkən DYP adlı bir partiya yoxdu. Böyük Türkiyə Partiyası vardı, o zaman da nə Tansu Çillər, nə də Özer Çillər müzakirə mövzusuydu. Mənim ANAP-da siyasi fəaliyyət göstərdiyim o illərdə də Ali Talip Özdemir ortada yoxuydu. Bunun indi harasını düzəldim?! Əgər xəyali hekayələr hesabata daxil edilirsə, bu, həmin hesabatı da uğursuzluğa məhkum edir, zəiflədir”.

Etikxeber.az

Read Previous

“Hə… mən Mövluddan da nigaran deyiləm artıq” – SEVİNC FƏDAİ

Read Next

“Bu, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır”- Birinci vitse-prezident – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir