CXP ilə AKP arasında “İŞİD qalmaqalı” yarandı, Ərdoğan isə “ƏL-İNSAF” DEDİ

AKP ilə CXP arasında bu dəfə də “İŞİD” dartışması-qalmaqalı yaranıb.

Etikxeber.az-ın Türkiyə mediasına istonadən xəbərinə görə, buna səbəb CXP-li deputat Sezgin Tanrıqulunun çıxışı olub.

Belə ki, CXP rəsmisi TBMM-dəki çıxışında AKP iqtiadırını “İŞİD”-i terrorçu təşkilatlar sırasına daxil etməməkdə, onu hələ də terror təşkilatı kimi tanımamaqda suçlayıb.

Bu da nəticə də AKP ilə CXP arasında yeni gərginliyin yaşanmasına gətirib çıxarıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələyə səssiz qalmayıb.

“Bir millət vəkili TBMM-dəki çıxışında bizi “İŞİD”-i terror təşkilatı kimi tanımamaqda ittiham edib. Əl-insaf!

Dünyada bizim kimi “İŞİD”-ə qarşı olan və ona qarşı ciddi mübarizə aparan ikinci bir ölkə tapılmaz. Biz hər zaman “İŞİD”-ə qarşı olmuşuq, onu pisləmişik.

Görünür, bunu həmin şəxs duymayıb, qulqaları eşitməyib…”-deyə, o, bildirib.

Eyni zamanda, AKP genəl başqan yardımçısı Mehmet Muş da CXP-li deputatın fikirlərinin əsassız olduğunu deyib və bildirib ki, Türkiyə hələ 2013-cü ildə (?) “İŞİD”-i terror təşkilatı kimi tanıyıb.

Etikxeber.az

 

 

Read Previous

ABŞ esminesi yük gəmisi ilə toqquşdu: Yaralanan və itkin düşənlər var

Read Next

Tahir Süleymanov Fuad Musayevdən yazdı: “Təzadlı insan olmaqla yanaşı şəxsiyyət idi”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir