CXP-li millət vəkilindən terror təşkilatı ilə bağlı qafaları qarışdıracaq təklif…

 

CXP-dən, daha doğrusu, adıçəkilən partiyadan Ardahan millət vəkili olan-genel başqan yardımçısı Öztürk Yılmaz Türkiyə cəmiyyətində rezonansa səbəb olacaq və qafaları qarışdıracaq bir təkliflə çıxış edib.

Etikxeber.az-ın Türkiyə medaiasına istinadən xəbərinə görə, belə ki, millət vəkili terrorçu PKK-nın Suriya uzantısı olan terrorçu PYD (YPG) ilə hakimiyyətin dialoqa getməsini təklif edib.

O, bunu AKP iqtidarının uzun müddətdir “İraq Kürdüstanı”nın lideri Məsud Bərzani ilə dialoq içində olması səbəbilə izah edib.

CXP rəsmisi ancaq PYD-nin PKK ilə arasına bir məsafə qoymasını da istəyib.

“Hesab edirəm ki, əgər PYD PKK ilə arasına bir məsafə qoyarsa, Türkiyəyə qarşı hər hansı fəaliyyətdə, xüsusilə, terror fəaliyyətində olmadığını və olmayacağını bəyan edərsə, o zaman problemləri çözmək məqsədilə Türkiyə hakimiyyəti ilə PYD arasında dialoq qurula bilər”-deyə, Ö. Yılmaz daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Biz parlamentarilər olaraq bu məsələni qanunvericilik səviyyəsinə qaldırmalıyıq…” – AZAY QULİYEV

Read Next

Yıldırım AKP-nin genəl başqan vəkili oldu, Ərdoğanın 3 yeni müavini təyin edildi:

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir