Dəm qazı can almaqda davam edir: 2 ölü, 2 ağır xəstə

 

Bakıda nənə və nəvə dəm qazından zəhərlənib.

Etikxeber.az-ın məlumatına görə, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 50 yaşlı Səmayə Nəsirova yaşadığı evin hamamında nəvəsi, 6 yaşlı Nərmin Məmmədovanı çimizdirərkən hər ikisi dəm qazından zəhərlənib. S. Nəsirova boğularaq ölüb, N. Məmmədova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Qeyd edək ki, Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Hadisə Xətai rayonunun Məhəmməd Hadi küçəsi, ev 109, mənzil 38 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1964-cü il təvəllüdlü Qumru Əlirza qızı Qurbanova və bacısı, 1960-cı il təvəllüdlü Gülnar Əlirza qızı Qurbanova yaşadığı evdə dəm qazından zəhərləniblər. Q. Qurbanova ölüb, bacısı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Əliyev Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib

Read Next

Azərbaycan çempionu “Hamburq”-a böyük hesabla qalib gəldi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir