Bu gün-21 iyul 2023-cü il tarixində, axşam saatlarında “Dəmir Yumruq Alfa-A” Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Milli Mətbuat Günü-Milli Mətbuatımızın 148 illiyi ilə bağlı tədbir düzənlənib.
Tədbir Xırdalan şəhərində yerləşən “Ocaq” ailəvi istirahət məkanında baş tutub.
Etikxeber.az xəbər verir ki, tədbirdə öncə mərhum dövlət başçısı Heydər Əliyev və Şəhidlərin, Şəhid jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra Dövlət himni səsləndirilib.
Telejurnalist Səbinə Mehdiyevanın aparıcılıq etdiyi tədbirdə daha sonra çıxışlar edilib.
“Dəmir Yumruq Alfa-A” Cəmiyyətinin rəhbəri, şairə Ülviyyə xanım və digər çıxışçılar-Şəhid anaları, Qazilər, müharibə veteranları, media mənsubları Milli Mətbuatımızın yaranmasından, Həsən Bəy Zərdabi ənənələrindən, müasir Azərbaycan mətbuatının keçdiyi yoldan, mərhum dövlət başçısı Heydər Əliyev və onun siyasətinin davamçısı ölkə Prezidenti İlham Əliyevin mətbuata, medianın inkişafına dəstəyindən, eyni zamanda, medianın və media mənsublarının Şəhidlərə, Qazilərə, onların ailələrinə münasibətindən, yanaşmasından bəhs ediblər.
Tədbirin bədi hissəsində isə şeirlər səsləndirilib, musiqilər ifa edilib.
Eyni zamanda, “Dəmit Yumruq Alfa-A” Cəmiyyəti tərəfindən tədbir iştirakçılarına-Şəhid analarına, Qazilərə, müharibə veteranlarına, media mənsublarına fəxri diplomlar, hədiyyələr təqdim olunub.
Tədbir 3 saatdan çox davam edib.
20:30
***
FOTOLAR:















***









***













Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az