Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ həbs olunublar.
Etikxeber.az “Anadolu”ya istinadən xəbər verir ki, S.Dəmirtaş polis əməkdaşları tərəfindən Diyarbəkirdəki evində, F.Yüksəkdağ isə Ankaradakı evində saxlanılıb.
Məlumata görə, F.Yüksəkdağ Yüksekova rayonu Terrorla Mübarizə İdarəsinə aparılıb.
Həbs qərarları terrorçuluq fəaliyyətinin istintaqı çərçivəsində Diyarbəkir Prokurorluğu tərəfindən verilib.
S.Dəmirtaş və F.Yüksəkdağ iyunda ifadələri alınması üçün Ankara Cümhuriyyət Baş Prokurorluğunun çağırışına məhəl qoymayıblar.
S.Dəmirtaş və F.Yüksəkdağdan başqa, Türkiyə parlamentinin DHP üzvü olan 11 deputat da saxlanılıb. Onların arasında Ziya Pir, Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, İdris Baluken, Nursel Aydoğan, Gülser Yıldırım və partiya həmsədrinin müavini Sırrı Sürəyya Öndərin olduğu bildirilir.
Həbslər Ankara, Diyarbəkir, Mardin və digər şəhərlərdə keçirilib.
DHP PKK terror təşkilatını dəstəkləməkdə ittiham edilir.
***
“Anadolu”-nun verdiyi son məlumata görə isə gecə Diyarbəkirdəki evində gözaltına alınan S.Dəmirtaş istintaq işləmlərinin ardından həbs olunması tələbi ilə məhkəməyə göndərilib.
***
Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkilləri Sezgin Tanrıkulu və Ali Şeker isə HDP qarşı aparılan əməliyyatları pisləyib.
“Hurriyet” qəzetinin verdiyi xəbərə görə, CHP-dən İstanbul millət vəkili Sezgin Tanrıkulu özünün “Twitter” hesabında yazıb ki,”bu gecə baş verənlər yalnız ölkənin imicinə vurulan bir zərbə deyil, eyni zamanda ölkəni ikiyə bölmə hərəkatındır! Bu gecə Türkiyə Böyük Millət Məclisi (TBMM) bir daha bombalandı”.
Ali Şeker də əməliyyatla bağlı “Cumhuriyet” qəzetinə açıqlama verib.
O, xatırladıb ki, 15 iyul tarixində ölkənin beynəlxalq nüfuzuna ciddi bir zərbə vuruldu.
“Bu gücə isə bu zərbə bir daha təkrarlandı. Demokratik inkişaf yolunu prioritet seçmiş Türkiyə hakimiyyətinin bu addımı bir təxribatdır. Belə ki, milli iradə dedikdə iqtidar yalnız özlərinə verilən səsləri nəzərə alır. Yalnız özünün seçilmiş olduğunu düşünən Ədalət və İnkişaf Partiyası (AKP) digər seçicilərin səslərinin özlərinin düşüncələrinə görə, bir əhəmiyyət daşımadığı fikrindədirlər. Demokratiya adına bunu qəbul etmək isə mümkün deyil. Bu günTürkiyədə baş verənlər, gələcəkdə Türkiyənin imicinə mənfi təsir köstərəcək” – deyə, Ali Şeker sözlərinə əlavə edib.
***
Saxlanılan HDP-li millət vəkili Ziya Pir sərbəst buraxıldı.
“Bir Gün” qəzetinin verdiyi xəbərə görə, bu haqda HDP-dən Adana millət vəkili Meral Danış Beştaş “Twitter” hesabında yazıb:
“Bu gecə Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən irimiqyaslı əməliyyat çərcivəsində evində həbs olunan millət vəkili Ziya Pirin artıq məhkəməsi keçirilib. Nəticədə Pir məhkəmənin qərarı ilə sərbəst buraxılıb”.
Etikxeber.az