Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dərman vasitələrinin saxlanması və topdansatış tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər nəzərdə tutulub.
Etikxeber.az xəbər verir ki, bununla bağlı dəyişikliklər layihəsi Milli Məclisin (MM) Səhiyyə komitəsinin bu gün keçirilən iclasının müzakirəsinə çıxarılıb.
İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə əsasən dərman vasitələrinin istehsalı, saxlanması, topdansatışı, apteklərin təşkilatı işləri ilə bağlı qaydaların pozulmasına görə cərimələrin sərtləşdirilməsi nəzərdə tutulur.
Bununla bağlı konkret olaraq, Məcəllənin 221.10 maddəsinə dəyişiklik nəzərdə tutulur.
Dəyişikliyə əsasən dərman vasitələrinin istehsalına və saxlanmasına, eləcə də, topdansatışına dair tələblərin pozulmaslına görə- vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə ediləcək.
Qayda pozuntusu bir il ərzində yenidən təkrarlanarsa, o zaman vəzifəli şəxsin 2500 manatdan 4500 manatadək məbləğində, hüquqi şəxslərin isə 6000 manatdan 8000 manatadək cərimə edilməsi nəzərdə tutulur.
Məcəlləinin 452-ci maddəsinə nəzərdə tutulan dəyişiklik isə dərman vasitələrinin buraxılışında apteklərin təşkilatı qaydalarının pozulması ilə bağlıdır.
Bununla bağlı olaraq 452.3 maddədə aptek təşkilatlarına dair tələblərin pozulmasına görə – vəzifəli şəxslərin 500 manatdan 700 manatadək, hüquqi şəxslərin 1000 manatdan 2000 manatadək məbləğdə cərimələr nəzərdə tutulur.
Bu hal bir ərzində yenidən təkrarlanarsa, o zaman vəzifəli şəxslərin 1500 manatadək, hüquqi şəxslərin 5000 manatdan 7000 manatadək cərimələr nəzərdə tutulur.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az