Dəvət edin, şəffaflığın nə olduğunu sizə göstərək – İLHAM ƏLİYEV

Parlamentin İqtisadi  siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 8-də  keçirilən iclasında “Lotereyalar haqqında” qanunun ikinci oxunuşda müzakirəsi  ciddi mübahisələrə olub.

Etikxeber.az xəbər verir ki, adıçəkilən komitənin sədri Ziyad Səmədzadə qeyd edib ki, loterayaların qiymətinin həddən artıq şişirdilməsinin tərəfdarı deyil:

1488451229_ziyad-s-str-7-8

“Çünki, bu lotereyaları insanlar alır. Bu da bir növ pullu xidmətlərin xüsusi çəkisinin artmasına gətirib çıxarır. Ona görə də Tiraj Komissiyasının üzvlərinin sayının 5-dən 3-ə endirilməsini fikirləşmək lazımdır.  Biz dünya praktikasına baxarıq. Dərdləşirik.  Ona görə  dəyişikliklərin müzakirəsini 3-cü oxunuşa ona görə salırıq ki, bu kimi məsələləri daha ətraflı müzakirə edək”.

Deputat İlham Əliyev iclasda iştirak edən “Azərlotereya”nın nümayəndəsinə ironiyalı şəkildə sual edib.

ilham_aliyev1-dep

Qeyd edib ki, onun məsələləri qavramağa  kifayət qədər məntiqi çatır:

“Ona görə siz “Azərlotereya” nın  nümayəndəsi olaraq bizi bir daha başa salın.  Biz Tiraj Komisasiyasının üzvlərinə maaş versək, nə qədər şəffaflıq olacaq?. Bu məsələni yenidən aydınladın”.

“Azərlotereya”nın nümayəndəsi cavabında qeyd edib ki, Tiraj Komissiyası oyunun qaydalara uyğun keçirilməsinə nəzarət edir:

“Nəzarətedici orqanın alacağı maaş onun nəzarət etdiyi yerdən olmamalıdır. Bu  dünyada qəbul olunmuş qaydadır. Vergi orqanında çalışan birinin  maaşını dövlət verir. Bunu dükan və maqazinlər  ödəsəydi, nə olacaqdı?”

Deputat yenidən məsələyə müdaxilə edib:

“Xahiş edirəm, siz bizi yanlış istiqamətə yönəltməyin. Biz hamımız burda  maaş alan insanlarıq. Görürsünüz ki, iclasımız necə şəffaf keçirilir. Qanunun vergülünə kimi müzakirə edirik. Əgər maaşsız yığılsaydıq, o zaman qanunlara bu dərəcədə ciddiliklə yanaşardıqmı?. Əksinə, Tiraj Komissiyasının üzvləri ictimai əsaslarla gəldiyinə görə laqeydlik nümayiş etdirəcəklər”.

rufet-quliyev

Deputat Rüfət Quliyev də öz növbəsində  sual edib:

“Bilmək istəyirəm ki,  adamlar ömürlük Tiraj Komissiyasında oturacaqlar? Elədirsə, onda, Allah xeyir versin” .

“Azərlotereya” nümayəndəsi cavab olaraq qeyd edib ki, könüllülük əsasında tələbələri də dəvət ediblər, ancaq, onlar gəlmirlər”.

Millət vəkili isə ona  cavab verib ki, “siz dəvətin edin, onlara maaş verin, onda gələcəklər”.

Son olaraq deputat İ. Əliyev yenidən məsələyə qarışıb:

“Mən sizə yaxşı bir məsləhət verim. Biz parlamentdə 125 deputatıq. Onlardan 7-8 ni çıxın. Qalanları dəvət edin, gələk Tiraj Komuissiyasına, ictimai əsaslarla iştirak edək, məsələyə ciddi yanaşaq,  siz də o zaman şəffaflığı görərsiniz”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Millət vəkillərindən irad…

Read Next

Dəyişikliklərdə əsas məqsəd bürokratik əngəlləri aradan qaldırmaqdır – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir