Sahibkarlara qarşı yoxlamaların dayandırılması 2021-ci ilə qədər uzadılır – KOMİTƏ SƏDRİ – YENİLƏNİB (1)

Oktyabrın 19 Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin növbəti iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, iclasın gündəliyinə 13 məsələ daxil edilib.

Adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə gündəlikdəki qanun layihələrinin ölkə Prezidentinin təqdimatı ilə parlamentə göndərildiyini deyib

Onun sözlərinə görə, qanun layihələrində müvafiq qanunvericilik aktlarına, o cümlədən, Vergi Məcəlləsinə dəyişikliklər təklif olunur:

“Dəyişikliklər əsasən xırda, lakin mahiyyət etibarı ilə vacib olan dəyişikliklərdir”.

***

Sonra komitə sədri bildirib ki, sahibkarlara qarşı yoxlamaların dayandırılması ilə bağlı hələ iki il öncə ölkə Prezidenti tərəfindən çox vacib addımlar atıldı:

“Bu, çox mütərəqqi addım idi. O zaman Milli Məclis də bununla bağlı müvafiq qanunvericilik aktrtı qəbul etdi. Bildiyiniz kimi, o zaman sahibkarlara qarşı yoxlamaların iki il müddətinə dayandırılması qərara alınmışdı və artıq bu ilin noyabr ayında bu müddət başa çatır.Odur ki, cənab Prezident bu müddətin daha 4 illiyinə, yəni, 2021-ci ilə qədər uzadılmasını təklif edir. Bu, çox alqışlanılmalı və təqdirolunmalı bir məsələdir”.

***

vahid_hmdov

Komitə sədri əlavə edib ki, qanuna yeni maddə də əlavə edilib:

“Elə sahələr var ki, bu sahələr iqtisadi, dövlət, qida təhlükəsizliyi ilə bağlıdır. Ona görə, qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarına təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub. Bu, çox vacib məsələdir”.
Millət vəkili isə Vahid Əhmədov bildirib ki, bu vaxtadək dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi, o cümlədən, qida məhsullarına təhlükəsizliyinə nəzarət məqsədi ilə yoxlamalar həyata keçirilmirdi:

“Burada yalnız qida məhsullarının keyfiyyətindən söhbət gedir. Başqa yoxlamalardan söhbət getmir. Mən bunu dəyişdirərdim, necə ki, dərman vasitələrinin keyfiyyəti yazılıb, burada o cümlədən qida məhsullarının keyfiyyətinə nəzarət yazılmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Yaxın günlərdə büdcə müzakirələrinə başlanılacaq- ZİYAD SƏMƏDZADƏ

Read Next

Əliyev Ukrayna baş nazirinin birinci müavinini qəbul etdi – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir