Dəyişkən havaya hazır olun – XƏBƏRDARLIQ

Oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında temperaturun anomal gedişi gözlənilir. Belə ki, hərarətin gecə 18-20°, gündüz 16-18°, axşam 14° isti olacağı ehtimal edilir.

Etikxeber.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva mətbuata bildirib ki, buna səbəb ölkə ərazisinə soyuq hava kütlələrinin daxil olması və güclü şimal-qərb küləyinin əsməsidir.

Şöbə müdiri deyib:

bulud

“Bildiyimiz kimi, gün ərzində ən yüksək temperatur günorta müşahidə olunur. Oktyabrın 5-də isə bunun əksi qeydə alınacaq. Belə ki, oktyabrın 4-dən 5-nə keçən gecə və səhər saatlarında temperaturun 20 dərəcəyə yaxın olacağı proqnozlaşdırılır. Lakin soyuq hava kütlələrinin respublika ərazisinə daxil olması və güclü şimal-qərb küləyinin əsməsi nəticəsində günorta temperatur enəcək, 16-18 dərəcə intervalında dəyişəcək. Ona görə də paytaxt sakinlərini dəyişkən havaya hazırlıqlı olmağa çağırırıq”.

U. Tağıyeva belə halların əvvəllər də müşahidə edildiyini vurğulayıb.

Etikxeber.az

Read Previous

Regionda çox təhlükəli situasiya yaranıb – TAHİR MİRKİŞİLİ ATƏT PA-DAN SƏSLƏNDİ – FOTO

Read Next

İlham Əliyev Arkadi Dvorkoviçi və Mahir Məmmədovu təbrik etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir