“Dəfələrlə Qazilərin işsizliyi, işsizlik problemini, məmur-vətəndaş münasibətlərində problemləri qaldırmışıq…”-SABİR RÜSTƏMXANLI

Büdcə xərclərində müdafiə qabiliyyətinin güclənməsini düşünürük. Amma ölkənin içi də gücləndirilməlidir. Bu gün sosial müdafiədə, məmur-vətəndaş münasibətlərində problemlər var, bunu gizlətmək lazım deyil.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.

Bildirib ki, ordunu gücləndirməklə paralel ölkənin daxilində əhalinin sosial müdafiəsi də gücləndirilməlidir:

“Qazilərə münasibət məsələsi var, onlar hamısı bizim müdafiə sistemimizin içindədir. Mən sual etmək istəyirəm ki, DSMF və İşsizlikdən Sığorta Fonduna artımların neçə faizi bizim burada qaldırdığımız məsələlərin həllinə yönəldiləcək? Biz dəfələrlə qazilərin işsizliyi, işsizlik problemini, məmur-vətəndaş münasibətlərində problemləri qaldırmışıq. Bu gün yeni gələn məmur öz komandasını gətirir”.

Deputat ailələrin uşağı uşaq bağçasına qoya bilməməsindən də şikayətlənib.

“Ailəuşağını bağçaya qoymaq üçün qapı-qapı gəzir. Niyə belə olmalıdır? Uşaqların məktəblərə qəbul olunması qəsdən çətinləşdirilir. Uşaqlar qəsdən rus məktəblərinə yönəldilir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Büdcədən Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün ayrılan vəsaitin artıq 60 faizi istifadə olunub-RƏSMİ

Read Next

İmişlidə təbiətə 158 min manatlıq ziyan vurulmasına görə cinayət işi başlanıb-BAŞ PROKURORLUQ MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir