Dəm qazı daha iki can aldı, Gəncədə iki bacı boğularaq öldü – “AZƏRİQAZ” İSƏ SUSUR

Gəncədə dəm qazından boğulma olub.

Etikxeber.az-ın  məlumatına görə, hadisə şəhərin Abdulla Şur, 70 ünvanında qeydə alınıb.

Orada yaşayan 1939-cu il təvəllüdlü Rəna Nəbiyeva və onun bacısı 1960-cı il təvəllüdlü Zəhra Abdullayeva dəm qazından boğularaq ölüblər.

Məlumata görə, qonşu bacıların evinə gələrək onları çağırıb, lakin cavab almayıb. Onların evdə olduğuna əmin olan qonşu dərhal polisə və təcili tibbi yardıma müraciət edib. Evə gələn həkimlər qadınların dəm qazından boğularaq öldüyünü müəyyənləşdirib.

Etikxeber.az

Read Previous

Avroparlamentin deputatlarına qarşı cinayət işi açılıb – BAŞ PROKURORLUQ

Read Next

Mehriban xanımın birinci vitse-prezident təyin edilməsi ədalətli qərardır – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir