Dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub – YENİ DƏRS İLİ İLƏ BAĞLI

Yeni dərs ili ilə əlaqədar dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Etikxeber.az-a verilən məlumata görə, QSC-nin kollektivi yeni dərs ilinin başlanması ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

“Bu günlərdə dəmir yolunun xidmətlərindən istifadə etmək istəyənlərin sayı artdığından, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir”– deyə, QSC-dən bildirilib.

Eyni zamanda 16 sentyabr 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edilir.

Yeni hərəkət cədvəlinə əsasən Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının dövriyyəsi artırılır. Gün ərzində bu marşrutla 15 cüt elektrik qatarı hərəkətdə olacaq. Eləcə də, sosial sifarişlər nəzərə alınaraq, birinci növbədə oxuyan tələbələrin dərsdən sonra daşınması üçün saat 15:00-a da qatar təyin edilir.

“Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir” – deyə, QSC-dən bildirilib.

Etikxeber.az

Read Previous

Parlamentin 3 komitəsinin iclası keçiriləcək – YENİ QANUN LAYİHƏLƏRİ GƏLİR

Read Next

“Onlar Azərbaycanda daha çox iş görmək arzusundadırlar…” – TAHİR MİRKİŞİLİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir