“Dəmir yumruq” nələrə qadir imiş!”-BƏHRUZ MƏHƏRRƏMOV ŞAHBAZ QULİYEV VƏ DİLQƏM ƏSGƏROVUN VƏTƏNƏ GƏTİRİLMƏSİNDƏN YAZDI

Günün xəbəri bu olsun gərək!

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, azərbaycanlı əsirlər və erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə gətiriliblər.

Çox yox, cəmi 3 ay əvvəl, Ermənistanın əsir və girovlarımızı qaytaracağı ağlabatan görünürdümü?

Əsla!

Hətta 44 günlük müharibə başlayanda Ermənistan Şuşa həbsxanasında saxlanan Dilqəm və Şahbazı Ermənistandakı həbsxanalardan birinə köçürməklə əsir və girov məsələsində güzəşt olmayacağına işarə vurmuş, “prinsipiallıq” nümayiş etdirmişdi!

Qələbəmiz çox şeyi dəyişdi!

Bu gün Paşinyan səssiz-səmirsiz Azərbaycanın iradəsini yerinə yetirməyə məcburdur!

“Dəmir yumruq” nələrə qadir imiş!

Təşəkkürlər, cənab Prezident!

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Azərbaycan xalqının hissləri ilə oynamayın, yoxsa, ağır cəzadan, yenidən “Dəmir yumruq”dan yaxa qurtara bilməyəcəksiniz!”-MİLLƏT VƏKİLİ

Read Next

“Qorxmaz hərbçimiz erməni postuna girərkən Şəhid olub… Şəhid gizirimiz Ceyhun ailəli idi, 2 övladı yadigar qalıb…”-MİLLƏT VƏKİLİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir