“Dəmirçi” bundan sonra “Sədərək”in-OLACAQ…

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndi Sədərək rayonunun tabeliyinə verilib.

Etikxeber.az-ın məlumatına görə, bu, Milli Məclisin (MM) bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Bununla əlaqədar “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda da analoji dəyişiklik edilib. Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilib.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Avtoşluq” edib əlil olan şəxslə Vətən müharibəsində sağlamlığını itirən şəxsə eyni yanaşma tətbiq etmək olmaz”-MƏLAHƏT İBRAHİMQIZI – AZAY QULİYEV İSƏ HƏRBÇİLƏRİN MAAŞI MƏSƏLƏSİNİ QALDIRDI

Read Next

“Regionumuzun uzun illər ərzində gözlədiyi sülh bərqərar olub və bu sülh uzunmüddətli olmalıdır”-İLHAM ƏLİYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir