Dəmiryol qəzası: həlak olanların sayı 12-yə, yaralananların sayı 260-a çatıb – CAR-DA

Cənubi Afrika Respublikasında baş verən yol-nəqliyyat hadisəsində həlak olanların sayı 12 nəfərə çatıb. Bu barədə ölkənin nəqliyyat naziri Co Masanqvani məlumat verib.

Etikxeber.az NKA telekanalına istinadla xəbər verir ki, həmçinin qəza nəticəsində 260 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Xatırladaq ki, dekabrın 4-də Hennenman və Kroonstad yaşayış məntəqələri arasında qatar minik avtomobili və yük maşını ilə toqquşub. Nəticədə bir neçə vaqon relsdən çıxaraq aşıb və yanmağa başlayıb.

Port-Elizabetdən Yohannesburq şəhərinə gedən qatarda qəza zamanı 713 sərnişinin olduğu bildirilir.

Etikxeber.az

Read Previous

“İranda baş verən hadisələr bu ölkənin öz daxili məsələsidir” – ELDƏNİZ SƏLİMOV

Read Next

“21 əsrin “imperiya” modeli Cənubi Koreyadır…” – NATİQ CƏFƏRLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir