Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov Siyəzəndə-DƏFN OLUNDU

Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi doğulduğu Siyəzən rayonuna gətirilib.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, mərhum rayonun Qozağacı kənd qəbristanlığlında torpağa tapşırılıb. 

Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb.

Öldürülən şəxs Siyəzən rayon sakini 45 yaşlı mühəndis Fərman İsmayılovdur.

Etikxeber.az

Read Previous

Güclü külək əsəcək-XƏBƏRDARLIQ

Read Next

“Erməni deputatları xalqlarını və ölkələrini uçuruma aparmaqdan çəkinməlidirlər…”-RAFAEL HÜSEYNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir