Dənizdə batan 4 uşağın şəxsiyyəti müəyyənləşdi – YENİLƏNİB

Nardaranda dənizdə 4 uşaq batıb.

Etikxeber.az məlumat verir ki, batan uşaqlar 8-10 yaş arasındadır.

Batanlardan üçünün meyiti çıxarılıb, birinin axtarışları davam edir. 

Qeyd edək ki, hadisə qeyri-çimərlik ərazidə baş verib

***

Fövqəladə Hallar Nazirliyi (FHN)  Nardaran qəsəbəsi ərazisində çimərlikdə batmış şəxslərlə bağlı məlumat yayıb.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının batması barədə məlumat daxil olub.

Bildirilir ki, M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Z.Cəfərzadənin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.
Etikxeber.az

Read Previous

Təhsil saytında abituriyentlərə psixoloji dəstək

Read Next

Zaqtalada növbəti dəfə zəlzələ baş verdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir