“Dərdli Ata deyir ki, məni oğlumun şəhid olmağı yandırmadı, biganəlik yandırdı…”- ELŞAD PAŞASOY İCRA BAŞÇISININ ŞƏHİD AİLƏSİNƏ HÖRMƏTSİZLİYİNƏ KƏSKİN ETİRAZINI BİLDİRDİ

Tanınmış jurnalist Elşad Paşasoyun xalası oğlu Şahin Tahirli Vətən torpaqları uğrunda Şəhid olub.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə jurnalistin özü sosial şəbəkə hesabında məlumat verib.

O, sosial şəbəkə hesabında-“Facebook” statusunda həmçinin Şəhid ailəsinin üzləşdiyi hörmətsizliklə bağlı yazıb.

Statusu olduğu kimi, təqdim edirik:

“Dünən (22 noyabr) yazmışdım, iki həftəlik axtarışlardan sonra xalam oğlu Tahirli Şahin Afət oğlunun şəhid oluğu təsdiqləndi.

Atası, dayıları Şəhidimizin nəşini Füzulidəki Diaqnostikadan aparıblar ki, doğulduğu kənddə dəfn etsinlər.

Lerik rayonunun icra başçısı xəbər yollayıb ki, bəs, indi gecdir, saxlayın Masallı məscidində, səhər “yüksək səviyyədə dəfn edərik”.

Atası Afət bəy razılaşmayıb ki, oğlumu evimdə saxlayacağam.

Gecə saat 9 radələrindən Şəhidimizin nəşi evdə saxlanılıb, bu gün saat 11 radələrində torpağa tapşırılıb.

İcra başçısı isə dəfn mərasiminə qatılmayıb, müavinini göndərib.

Dərdli Ata deyir ki, məni oğlumun şəhid olmağı yandırmadı, biganəlik yandırdı…

Prezidentin şəhidlərə, şəhid ailələrinə, qazilərimizə münasibətini, yüksək dəyər verməsini görmürmü, həmin başçı?!

Onu da qeyd edək ki, bu yaxınlarda E. Paşasoyun daha bir yaxını-bacısı oğlu İkinci Vətən Müharibəsində qəhrəmancasına həlak olmuş, Şəhidlik zirvəsinə ucalmışdı.

Allah hər iki Şəhidimizə də rəhmət etsin, ailələrinə səbr versin!

Etikxeber.az

Read Previous

“Azərbaycanın milli maraqlarına cavab verməyən bütün təkliflər qəbuledilməzdir: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”-ZİYAD SƏMƏDZADƏ YAZDI

Read Next

Yoluxmada yenidən azalma-2187 – ÖLÜM SAYINDA YENİDƏN ARTIM -29

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir