Dərman hara, geri çağırılma hara? – ZİYAFƏT ƏSGƏROV

“Geri çağırılma”nın dərmana nə aidiyyatı var?

Etikxeber.az-ın xəbərinə görə, bunu parlamentdə “Dərman vasitələri haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı birinci vitse-spiker Ziyafət Əsgərov deyib.

Birinci vitse-spiker qanun layihəsində “dərimanların geri çağırılması” ifadəsinə etirazını bildirərək bunları deyib:

“ Mən başa düşə bilmirəm ki, bu, nə sözdür?! Dərman hara, geri çağırılma hara? Vaxtilə deputatlarla bağlı- geri çağırılması ifadəsi vardı. İndi biz azad, müstəqil deputalarıq. Ona görə  belə ifadəyə o qədər də ehtiyac qalmır. Amma mən heç cür anlaya bilmirəm ki, bu söz necə gəlib bura düşüb, onu bura daxil etməyin nə mənası var?”.

“Azərbaycanda klinik farmokologiya üzrə bir müddət əvvəl axtaranda bir nəfər ixtisasçı tapdıq. Bu gün qanuna edəcəyimiz dəyişiklikdən sonra isə bu məsələ ciddi problem yaradacaq”.

rasadddd

Bunu isə çıxışında ürək cərrahı, millət vəkili Rəşad Mahmudov qeyd edib.

Millət vəkili bildirib ki, bu dəyişikliklərin qəbulundan sonra 600-dən çox dövlət və özəl xəstəxanalarda farmokoloqlar təyin olunmalıdır:

“Bu şəxslər vəzifələrinin ciddiyyətinin fərqində deyilsə, bu, bizə problemlər yaradacaq. Hesab edirəm ki, bu maddə qanundan çıxarılmalıdır”.

R. Mahmudov son günlər istər parlamentdə, istər cəmiyyətdə saxta dərmanlarla bağlı müzakirə olunan məsələyə də münasibət bildirib:

“Bir çox hallarda saxta dərman və illeqal – qanunsuz gətirilmə ifadələri bir-biri ilə qarışdırılır. Qanunsuz ölkəyə gətirilən dərmanlarla bağlı aparılan tədbirlər təqdirəlayiqdir. Lakin qanunsuz qəbul edilən dərmanların ölkədə olmamasından bu gün tibb işçiləri müalicə işinin normal aparılmaması ilə üz-üzəyik. Bu istiqamətdə hüquq mühafizə orqanları tərəfindən tədbirlərin görülməsinə ehtiyac var”. 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Dərman vasitələri haqqında” qanuna dəyişikliklər qəbul olundu

Read Next

“Öz ailəsində bir uşağa düzgün tərbiyə verə bilməyən…” – DEPUTATDAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir