“Dəstək verməyə hazırıq…” – Həsənov Türkiyədə kimlərlə nə haqda danışdı? – FOTOLAR

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə səfərdədir.

Etikxeber.az-ın məlumatına görə,  Ə. Həsənov səfər çərçivəsində Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Mehmet Akarca ilə də görüşüb.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsində kütləvi informasiya vasitələrinin rolunun artırılması, hər iki ölkənin mətbuat orqanları arasında informasiya mübadiləsinin genişləndirilməsi, bəzi KİV-lərdə ümummilli və dövlətçilik maraqlarımıza zərər vuran xəbərlərin yayılmasının qarşısının alınması üçün zəruri addımların atılmasının vacibliyi vurğulanıb. Söhbət zamanı beynəlxalq arenada qarşılıqlı faydalı əməkdaşlığın uğurlu nəticələrinin birgə təbliği, dünya informasiya məkanına dinamik inteqrasiyanın təmin olunması istiqamətində səylərin gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktayla görüşdə isə qardaş dövlətlərimiz arasında münasibətlərin daha da dərinləşdirilməsinin geosiyasi və geostrateji aspektlərindən söhbət açılıb, regionda baş verən proseslərdən danışılıb, xaricdən idarə olunan təhlükəli meyillərin, o cümlədən gənclərin qeyri-sağlam ideologiyalara cəlb olunmasının qarşısının alınması yollarına dair müzakirələr aparılıb.

Görüşdə Azərbaycanın və Türkiyənin sürətli inkişafı yüksək qiymətləndirilib.

Azərbaycanın Türkiyə üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran Yasin Aktay bildirib ki, Türkiyə dövləti Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatları yüksək dəyərləndirir və ölkəmizdə əldə olunan bütün uğurlara önəm verir.

Azərbaycanın həmişə Türkiyənin yanında olduğunu vurğulayan Ə. Həsənov bildirib ki, dövlətimiz bundan sonra da qardaş ölkənin qarşılaşa biləcəyi bütün çətinliklərin aradan qaldırılmasına öz dəstəyini verməyə hazırdır.

alik-1

Etikxeber.az

Read Previous

Komitə sədri AŞPA-nın həmməruzəçisi kimi Serbiyaya gedəcək

Read Next

Silahlılar yenə Pakistanı qan gölünə döndərdilər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir