“Dəyərlərimizi qoruya biləcək mexanizmin hazırlanmasına və sosial şəbəklərin tənzimlənməsinə ehtiyac var”-JALƏ ƏLİYEVA

Təəssülər olsun ki, sosial şəbəkələrdə bəzən böhtan atılması, çirkab yağdırılması kimi, xoşagəlməz hallara rast gəlinir. Bu, yolverilməz və qəbuledilməzdir. Təbii ki, tənqid demokratik bir dövlət üçün çox əhəmiyyətlidir, çoxfikirlilik çox vacib bir amildir. Bizlər də demokratik ölkənin vətəndaşları kimi, bütün bu hallara normal yanaşırıq. Ölkə rəhbərimiz də hər zaman deyir ki, Azərbaycanda söz azadlığı mövcuddur. Ümumiyyətlə, Konstitusiyamızda da söz azadığı, demokratik azadlıqlar hamısı təsbit olunub, insanlarımız da fikirlərini ifadə etməkdə sərbəstdirlər, azaddırlar. Amma bu azadlıq heç də xaos demək deyil. Bu, heç də kiminsə kimdənsə şəxsi bir qərəzi varsa, kimsə kimisə sevmirsə, onu ictimailəşdirib, qınaq obyektinə çevirməsinə əsas vermir. Bunu cəmiyyətin “malı”na çevirməyə ehtiyac yoxdur.

Etikxeber.az xəbər verir ki, bunu professor, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

J. Əliyeva deyib ki, ilk növbədə insanları yaxşı işlərinə görə, qiymətləndirmək lazımdır.

“Onların gözəl əməllərinə qiymət vermək gərəkdir. Eyni zamanda, əgər hansısa bir nüans bəyənilmirsə, qəbul edilmirsə, böyük bir kütlə tərəfindən qəbul edilməyən bir şeylər varsa, gəlin onu normal şəkildə müzakirəyə çıxaraq, mətbuat müstəvisində müzakirə edək. Amma haqsız tələblərin, haqsız iradların, əsası olmayan fikirlərin səsləndirilməsi, yazılması, sosial şəbəkələrdə müzakirəyə çıxarılması əlbəttə ki, xoş bir şey deyil. Hələ üstəlik də bunun arxasında konkret imza yoxdursa…Yəni, imzadan kənar kimsə özünə bir təxəllüs seçir, kimsə özünə ad qoşur və o adın altında kiminsə həyatına müdaxilə edir, kiminsə şəxsi işlərinə qarışır, təbii ki, bunlar yolverilməzdir. Qanunlarımız da insanların qarşı tərəfin razılığı olmadan onun haqqında nəyinsə çəkilməsini, bəyan edilməsini qadağan edir və qəbul etmir. Demokratik bir ölkə kimi, Azərbaycanda bütün insanların hüquqlarına hörmətlə yanaşılır və bu hüquqlar qanunlarla qorunur, tənzimlənir. Bir tərəfin deyil, hər iki tərəfin hüquqlarına. Bunu sosial şəbəkə istifadəçiləri də unutmamalıdırlar”-deyən parlamentin komitə sədrinin müavini onu da qeyd edib ki, kimsə sosial şəbəkələrin inkişafının qarşısını almaq fikrində deyil.

“Amma eyni zamanda, bizim böyüməkdə olan nəslimiz var, bizim mənəviyyatımız var, bizim mədəniyyətimiz var, bizim əxlaqımız var. Bu dəyərləri də qoruya biləcək bir mexanizmin hazırlanmasına və sosial şəbəkələrin tənzimlənməsinə ehtiyac var”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az 

Read Previous

“Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar…”-İLHAM ƏLİYEVDƏN AŞPA-YA SƏRT İTTİHAMLAR

Read Next

“İstəməzdik ki, kimlərsə cərimələnsin, amma buna məcburuq, bu, məcburiyyətdən doğan bir addımdır”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir