Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yanvarın 25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Abşeron rayonunun Xırdalan şəhərindəki 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, dərhal əraziyə nazirliyin müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb.
FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.
***
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
FHN-in Mətbuat xidmətindən bildirilib ki, görülmüş operativ tədbirlər nəticəsində qurumun xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.
22:10
***
Abşeron rayonu Xırdalan şəhərində binada baş vermiş partlayış nəticəsində dağıntılar altından çıxarılanların adları məlum olub.
Bunlar Musayeva Ziyafət Qafar qızı, Musayev Vüsal Firudin oğlu, 2009-cu il təvəllüdlü Musayev Firudin Vüsal oğlu, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı və Gözəl Səmədovadır.
Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızının axtarışları aparılır.
22:55, 25 yanvar
***
Abşeron rayonu XIrdalan şəhərində baş vermiş partlayış zamanı dağılmış evlərin altında qalan şəxslərin xilasetmə işləri davam etdirilir.
Dağıntılar altından bir nəfərin cansız bədəni çıxarılıb.
Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızının olduğu bildirilir.
FHN də xilasetmə əməliyyatı ilə bağlı son məlumatı yayıb.
Məlumatda bildirilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində FHN-nin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
“Həyata keçirilmiş tədbirlər nəticəsində dağıntı altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində bundan əvvəl dağıntı altından 6 nəfər vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək” – deyə, FHN-in məlumatında qeyd olunub.
00:55
***
FHN Xırdalanda baş verən partlayışla bağlı son vəziyyəti açıqlayıb.
Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində FHN-nin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Xəbər verildiyi kimi, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntı altından 6 nəfər vətəndaş xilas olunub, 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ümumilikdə, əməliyyata Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər şəxsi heyət, 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyət və 3 ədəd texnika cəlb olunub.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.
10:20
***
Yanvarın 25-də saat 18:40-da Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə partlayışın baş verməsi barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub.
Baş prokurorluqdan verilən məlumata görə, Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərkən ilkin olaraq müəyyən olunub ki, 1960-cı il təvəllüdlü Ziyafət Musayevaya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Nəsibə Zeynalova küçəsi, bina 1b ünvanında yerləşən 2 mərtəbəli evdə qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində 1988-ci il təvəllüdlü Aytən Musayevanın meyiti FHN-nin xilasediciləri tərəfindən aşkar edilib. Hazırda həmin evdə qalması ehtimal olunan mərhum Aytən Musayevanın qızı 2012-ci il təvəllüdlü Fatimə Musayevanın axtarışları davam etdirilir.
Eyni zamanda həmin evdə yaşayan Aytən Musayevanın əri 1983-cü il təvəllüdlü Vüsal Musayev və sonuncunun oğlu – 2009-cu il təvəllüdlü Firudin Musayev, həmçinin 2006-cı il təvəllüdlü Xədicə Şükürzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Partlayış təsirindən həmçinin yaxınlıqda yerləşən digər binanın 4 sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb, orada yerləşən mənzillərə və 4 avtomobilə ziyan dəyib.
Qeyd edilən ünvanda yerləşən ikimərtəbəli fərdi yaşayış evində ağır nəticələrə səbəb olan partlayış hadisəsi baş verməsi faktına görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılmış cinayət işi 26 yanvar 2021-ci il tarixdə həmin Məcəllənin 225.3 və 308.2-ci maddələrinə tövsif edilib, Baş Prokurorluğun İstintaq idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Hazırda mütəxəssis və ekspertlərin birgə iştirakı ilə hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparılaraq partlayışın baş vermə səbəbləri və partlayış nəticəsində dəymiş ziyanın müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.
İş üzrə təqsiri olan şəxslərin dairəsinin müəyyən edilməklə məsuliyyətə cəlb edilməsi təmin ediləcəkdir.
Etikxeber.az





