Dağıstanda çətin vəziyyətdə müvəqqəti saxlanc mərkəzində saxlanılan 19 vətəndaşımız Ombudsmanın müraciəti əsasında-VƏTƏNƏ GƏTİRİLDİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən əhalinin bütün qruplarına xüsusi diqqət göstərilir. Bunun bariz nümunəsidir ki, xaricdə yaşayan soydaşlarımız pandemiya şəraitində davamlı olaraq çarter reysləri ilə vətənə gətirilir, həmin şəxslər karantin müəssisələrinə yerləşdirilir və onlara lazımi yardım göstərilir. 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Aparatının mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, bu faktlar onun ifadəsidir ki, Azərbaycan dövləti, ölkə rəhbərliyi daim öz vətəndaşlarının qayğısına qalır, onların sağlamlıqlarının qorunmasını diqqət mərkəzində saxlayır.

Qeyd edək ki, 2020-ci ilin mart ayının ortalarından etibarən COVID-19 pandemiyası səbəbindən Azərbaycanın quru sərhədləri və xüsusi çarter reysləri vasitəsilə 20 min nəfərdən artıq vətəndaşımızın ölkəmizə qayıdışı təmin olunub.

Yeri gəlmişkən, bu gün daha 155 Azərbaycan vətəndaşı Rusiya Federasiyasından ölkəmizə gətirilib. Onlardan 19 nəfərinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın müvafiq qurumlara müraciəti əsasında, Daxili İşlər Nazirliyi və ölkəmizin Rusiya Federasiyasındakı səfirliyinin birgə səyləri nəticəsində vətənə qayıdışı təmin edilib. 

Qeyd edək ki, həmin 19 nəfər Dağıstan Respublikasında əcnəbi vətəndaşların müvəqqəti saxlanılması mərkəzində saxlanılmış və çətin vəziyyətdə olmuş soydaşlarımızdır.

Etikxeber.az

Read Previous

“Atam ilk dəfə infarkt keçirdiyi zaman Heydər Əliyev vaxt tapıb xəstə yatdığı dövrdə iki dəfə atama zəng etdi, onun səhhəti ilə maraqlandı…”-GÖVHƏR BAXŞƏLİYEVA

Read Next

Millət vəkili seçiciləri ilə növbəti onlyan-QƏBUL KEÇİRDİ, ONLARI NARAHAT EDƏN MƏSƏLƏLƏRİ DİNLƏDİ VƏ…- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir