“Dağıstanda qalmış Azərbaycan vətəndaşları dərhal ölkəyə qaytarılmalıdır”- EKS BAŞ NAZİR VƏ POLİTOLOQ HÖKUMƏTƏ SƏSLƏNDİ

Ötən gecədən Dağıstanda, Rusiya-Azərbaycan sərhəddində dözülməz şəraitdə qalmış vətəndaşlarımızla (aralarında qohumlarımız da var) bağlı Rusiya “OMON”-u və Rosqvardiyanın müdaxiləsinə gətirib çıxarmış vəziyyət haqqında xəbər və videosujetlər alırıq. Rəsmilərin təfərrüatlı açıqlamaları yoxdur. Nə üçün sərhəddin bir neçə yüz metrliyində olan vətədaşlarımız ölkəyə buraxılmır? Bunun səbəbi nədir?

Etikxeber.az-ın xəbərinə görə, bu haqda sabiq deputat, eks baş nazir Pənah Hüseyn deyib.

“Nə mane olur ki, karantin düşərgəsi sərhəddin biz tərəfində yaradılıb tələb olunan nəzarət- yoxlama tədbirləri tətbiq olunmur? Dövlət vətəndaşlarımızdan imtinamı edir?!”-deyə, o, sonra sözlərinə əlavə edib.

“Öz vətəndaşına sahib çıxmayan dövlətə heç kim hörmət etməz. Dağıstanda qalmış Azərbaycan vətəndaşları dərhal ölkəyə qaytarılmalıdır”.

Bunu isə politoloq Şahin Cəfərli öz şəbəkə hesabında yazıb.

“Başa düşmürəm ki, 200 adamı sərhədin bu tərəfinə keçirib, normal şəraitdə karantinə almaq niyə problemə çevrilib? Halbuki, bir günlük işdir”-deyə, Ş. Cəfərli sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Sahibə Qafarova 7 yaşlı Şəmkir sakininin əməliyyatına-YARDIM ETDİ…

Read Next

Milli Məclisin iki əməkdaşı-KORONAVİRUSA YOLUXDU -RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir