Dağlıq Qaraağ ərazisindən heç bir mal və xdmət ixrac etmirik – AVROPA İTTİFAQI

Azərbaycan regionda stibilliyin əsas amilidir. 
Etikxeber.az  məlumat verir ki, , bunu bu gün Bakıda- Milli Məclisdə (MM)  keçirilən Avropa İttifaqı (Aİ)-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən Xarici İşlər Nazirliyinin nümayəndəsi səfir Kamil Xasıyev bildirib.
K. Xasıyev deyib ki, Azərbaycanda nəinki ikitərəfli, üçtərəfli əməkdaşlıq formatlarını da ərsəyə gətirməyə nail olub:
 O, deyib ki,  bu gün Azərbaycan-Türkiyə-Gürcüstn üçtərəfli əməkdaşlıq formatına baxsaq, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu ərsəyə gətirilib.
Onun sözlərinə görə, hazırda TANAP layihəsi həyata keçirilir:
“Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı Şimal-Cənub nəqliyyat dəhlizinin formalaşmasında rol oynayır. Biz regionda layihələrdə ən fəal iştirakçılardan biridir. Mə Azərbaycanın Xorvatiyada səfiri olmuşam. Avropa İttifaqı ölkələrinin də Azərbaycanın iştirakçısı olan layihələrə qoşulmaq imkanları var. Bunlardan biri TAP layiəsidir. Yunanıstan, İtaliya, Albaniya bu layihənin iştirakçıları sırasındadır. Biz regional əməkdaşlıq dedikdə həm də digər regionlarla əməkdaşlığı nəzədə tutan təşəbbüslərdən danışırıq”.
aiiiii
K. Xasıyev qeyd edib ki, Cənub Qaz Dəhlizi enerji təlükəsizliyi ilə bağlıdır:
“Bu, enerji mənbələrinin şaxələndirilməsini nəzərdə tutur və enerji sahəsində əməkdaşlığın təzahürüdür. Hər bir tərəf əməkdaşlıqdan bəhrə götürməlidir, yalnız bu təqdirdə uğura imza ata bilərik. Bu günkü uğurlar düzgün yolda olduğumuzu göstərir. İstehsal, tranzit və istehlakçı ölkələrin maraqları Cənub Qaz Dəhlizi layihəsində əksini tapıb”. 
Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissyiasının Qonşuluq və genişlənmə danışıqları üzrə Baş İdarənin rəhbəri Vassilis Maraqos isə deyib ki, Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında yer alıb.
O, bildirib ki, bu da regional əməkdaşlığın bir formasıdır:
“Avropa İttifaqı Cənub Qaz Dəhlizini dəstəkləyir. Ukrayna, Moldova və Gürcüstanla Assosiasiya sazşi çərçivəsində ticarət əlaqələrimiz genişlənir. Ümid edirik ki, Azərbaycanla yeni saziş ticarət əlaqələrinin artmasında öz rolunu oynayacaq. Digər tərəfdən, Avropa İttifaqının Azərbaycanakı nümayəndəliyi vasitəsi ilə müxtəlif proqramlar üzrə Azərbaycana yardım edilir. İlin sonunda nəqliyyat sahəsində investisiya proqramlarının həyata keçiriləcəyini gözləyirik. Gənclərin akademik səviyyəsində mübadiləsi ilə bağlı Şərq Tərəfdaşlığı ölkələri üçün 200 milyon avro ayrılıb. Bu sahədə də Azərbaycanla əməkdaşlıq ediləcək. Bu mübadilə proqramı 2020-ci ilə qədər  davam edəck”. 
V. Maraqos Aİ-nin Dağlıq Qarabağ ərazisindən heç bir mal və xidmət ixrac etmədiyini də vurğulayıb:
“Söhbət burada mənşə ölkələrlə bağlı si-istfiadə hallarından gedir. Avropa Komissyiası bununla bağlı ölkələrə müvafiq bildirişlər göndərib. Bu baxımdan düşünmürəm ki, bu məsələ ilə bağlı ikili standatlardan çıxış edirik. Avropa İttifaqı Dağlıq Qaraağ ərazisindən heç bir mal və xdmət ixrac etmir ”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az
 

Read Previous

“Heç vaxt bu münaqişəni ATƏT, Avropa İttifaqı həll etməyəcək…” – DEPUTAT

Read Next

Münaqişə zonasında olan qadınların reabilitasiyasına diqqət yetirilməlidir – QAFAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir