Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda ATƏTXarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Etikxeber.az xəbər verir ki, XİN-in mətbuat katibi Hikmət Hacıyevin mətbuata bildirdiyinə görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub.
“Ermənistanın destruktiv siyasəti və görüşdən yayınmaq cəhdləri nəticəsində həmsədrlərin təklif etdiyi 2+3 (Azərbaycan, Ermənistan + Rusiya, ABŞ, Fransa) formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb” – deyə, o, vurğulayıb.
Etikxeber.az