“Dağlıq Qarabağın Azərbaycanlı İcması”na ayrılan vəsait artırılmalıdır” – QƏNİRƏ PAŞAYEVA

Millət vəkili Qənirə Paşayeva Qarabağ həqiqətlərinin dünyada daha da geniş təbliği işlərinin genişləndirilməsi üçün “Dağlıq Qarabağın Azərbaycanlı İcması”na ayrılan vəsaitin artırılmasının tərəfdarıdır.

Etikxeber.az-a açıqlamasında millət vəkili bu təkliflə Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası Əlaqələr, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Gənclər və idman komitələrinin 2020-ci ilin büdcə layihəsi  ilə bağlı birgə müzakirələrində də çıxış  etdiyini xatırladıb.

ganira_pashayeva_180215_1

Q. Paşayeva işğal altında olan torpaqlarımızdakı separatçı erməni rejiminin, işğalçı Ermənistanın, o cümlədən, bəzi qüvvələrin dəstəyi ilə müxtəlif ölkələrdə tədbirlər, görüşlər keçirdiyini və  ölkəmiz əleyhinə böhtanlar, yalanlarla dolu təbliğatı genişləndirdiyini vurğulayaraq, bir daha onların yalanlarının bütün dünyada daha geniş ifşa edilməsi üçün “Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın  fəal şəkildə beynəlxalq tədbirlərdə təmsil olunmasının, müxtəlif ölkələrdə tədbirlər təşkil etməsinin əhəmiyyətini vurğulayıb.

Həmçinin, bu istiqamətdə İcmaya ayrılan vəsaitin artırılmasına növbəti dəfə çağırış edib.

“Bir daha belə hesab edirəm ki, biz hamımız getdiyimiz tədbirlərdə Qarabağ həqiqətləri ilə bağlı çıxışlar edirik, amma bununla yanaşı, “Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın beynəlxalq tədbirlərdə daha da geniş təmsil oluna bilməsi, müxtəlif ölkələrdə tədbirlər təşkil etməsi, görüşlər keçirməsi çox vacibdir. Bunun üçün İcmaya ayrılan vəsaitin bir qədər də artırılmasına ehtiyac var. Bu, olduqca vacibdir”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Yaqub Eyyubov Əli Əsədovla birgə büdcə müzakirələrinə – QATILACAQMI?

Read Next

Bu gün Dövlət Bayrağı Günüdür!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir