Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq…

Azərbaycanda yanvarın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında tədricən mülayimləşəcək.

Havanın temperaturu gecə 0-2°, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı – 762 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10°, gündüz 0-4° şaxta olacağı bildirilir.

Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Etikxeber.az

Read Previous

Amaşov parlamentdə ƏDV məsələsini qaldırdı…

Read Next

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna yeni qeyd əlavə olunur…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir