Daha 1178 yeni yoluxma-DAHA 24 ÖLÜM…

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62588 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16516, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46072 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8169473, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4668637, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3500836 təşkil edir.

Eyni zamanda, ölkədə koronavirus (COVID-19) infeksiyasına 1178 yeni yoluxma faktı qeydə alınıb, 2322 nəfər müalicə olunaraq sağalıb.

 COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 477587 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 444053 nəfər müalicə olunaraq sağalıb, 6394 nəfər vəfat edib, aktiv xəstə sayı 27140 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12331, ötən müddət ərzində isə ümumilikdə 4790724 test aparılıb.

Etikxeber.az

Read Previous

Sabiq MTN generalının məhkəməsində ziyana görə 315 min dollar və 300 min manatlıq-MÜLKİ İDDİ QALDIRILDI…

Read Next

Sentyabrın 27-də Azərbaycanda Anım Günü-QEYD EDİLƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir