Daha 12 yeni-YOLUXMA…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 783 316 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 155 nəfərdir.

Ölkədə son sutka ərzində 1 849, hazırkı dövrədək isə 6 957 854 test aparılıb.

Etikxeber.az

Read Previous

Küləkli hava davam edəcək-İYUNUN SONUNADƏK

Read Next

Qazilərlə daha bir Şəhid ailəsini-EVİN TƏK VƏ SUBAY OĞLU ELŞƏN KƏRİMOVUN VALİDEYNLƏRİNİ ZİYARƏT… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir