Daha 121 yoluxma-QEYDƏ ALINDI…

Azərbaycan Respublikasında 121 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 2879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1833 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 214.291 test aparılıb.

Etikxeber.az

Read Previous

“Dağlıq Qarabağda gümüş mədənlərinin istismarı və qiymətli metalların qanunsuz ixracından qazanılan gəlir Ermənistan rəhbərliyinin gizli fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunur”-HİKMƏT HACIYEV

Read Next

“Yad təsirlər sevgini, hörməti, etibarı, ümumi mənafeni qısqanclığa, ikiüzlülüyə, xəyanətə, eqoizmə çevirir…”-DÖVLƏT KOMİTƏSİNİN SƏDR MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir