Daha 13 yeni-YOLUXMA…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 651 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 782 872 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib, aktiv xəstə sayı 70 nəfərdir.

Ölkədə son sutka ərzində 3861, hazırkı dövrədək isə 6 842 319 test aparılıb.

Etikxeber.az

Read Previous

Prezident 70 yaşlı Səfa Mirzəyevi-TƏLTİF ETDİ

Read Next

Nənə və nəvənin 18 il əvvəl qətlə yetirilməsi ilə bağlı daha bir nəfər tutuldu-BAŞ PROKURORLUQ MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir