Daha 131 yoluxma-DAHA BİR ÖLÜM…

Azərbaycanda 131 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, keçirilmiş miokard infarktı, qaraciyər çatışmazlığı və xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edib, onlardan 2198 nəfər müalicə olunaraq sağalıb, 41 nəfər vəfat edib, 1279 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 59 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 240.220 test aparılıb.

Etikxeber.az

Read Previous

“Ələbaxımlılıqdan qurtarmaq üçün hazırlanmış özünəməşğulluq proqramlarının genişləndirilməsinə, bəzi güzəştlərin tətbiq edilməsinə ehtiyac var”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİNDƏN VACİB TƏKLİFLƏR

Read Next

“Bu, necə ola bilər, həqiqətnmi, insanlar işləmək istəmir?”- PARLAMENTİN İNSAN HÜQUQLARI KOMİTƏSİNİN SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir