Daha 132 yoluxma qeydə alındı-1 NƏFƏR DÜNYASINI DƏYİŞDİ…

Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, serebral ateroskleroz, hipoksik ensefalopatiya və şəkərli diabet xəstəliyi olan 1948-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2819 nəfər müalicə olunaraq sağalıb, 52 nəfər vəfat edib, 1532 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 56 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 276 338 test aparılıb.

Etikxeber.az

Read Previous

“Qarabağa azadlıq” şüarı ilə aksiya keçirilməsinin qarşısı alındı-12 NƏFƏR SAXLANILDI – FOTOLAR

Read Next

“Rəsmi Yerevanın ölkəmizdən Avropa Məhkəməsi ilə bağlı nə isə tələblər irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir