Daha 1448 yeni yoluxma-DAHA 11 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1448 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

ndiyədək ölkədə ümumilikdə 496 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 476 229 nəfər müalicə olunaraq sağalıb, 6 720 nəfər vəfat edib, aktiv xəstə sayı 13 831 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 092, ötən müddət ərzində isə ümumilikdə 4 989 627 test aparılıb.

Etikxeber.az

Read Previous

Anası tərəfindən təkbaşına böyüdülən, evin tək və nişanlı oğlu, 4 medallı-ŞƏHİD MURAD QURBANOVUN ANIM GÜNÜDÜR…-YENİLƏNİB – FOTOLAR

Read Next

Bir gecədə bütün Azərbaycanın övladı olan Cəmil Məmmədli…-KAMİL HƏMZƏOĞLU YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir