Daha 149 yeni yoluxma-DAHA İKİ ÖLÜM…

Azərbaycan Respublikasında 149 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 273 411 test aparılıb.

Etikxeber.az

Read Previous

“Zəhmət adamları ilə görüşmək, onların arzularını, təkliflərini dinləmək, işə münasibətlərini görmək sevindiricidir”-MM-İN KOMİTƏ SƏDRİ – FOTOLAR

Read Next

Mustafayev-İbrahimov-Rəhimov: BAKI NECƏ MİLLİLƏŞDİRİLDİ? – KAMİL HƏMZƏOĞLUNUN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir