Daha 1519 yeni yoluxma-DAHA 45 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1519 yeni yoluxma faktı qeydə alınıb, 4471 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 214711 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 168971 nəfər müalicə olunaraq sağalıb, 2499 nəfər vəfat edib, aktiv xəstə sayı 43241 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11764, ötən müddət ərzində isə ümumilikdə 2153562 test aparılıb.

Etikxeber.az

Read Previous

Daha bir Şəhidimiz var: GORANBOYUN QARQUCAQ KƏNDİNDƏN OLAN RƏŞAD ASLANOVUN 89 GÜNDƏN SONRA ŞƏHİDLİYİ TƏSDİQLƏNİB…

Read Next

“Bundan sonra da müharibə, Qarabağ, Qələbə mövzusunda yaxşı musiqilər, yaxşı əsərlər, yaxşı filmlər ortada olacaq, buna əminəm”- MİLLƏT VƏKİLİ NOVRUZ ASLAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir