Daha 1530 yeni yoluxma-DAHA 21 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 530 yeni yoluxma faktı qeydə alınıb, 1 864 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 598 503 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 567 385 nəfər müalicə olunaraq sağalıb, 8 004 nəfər vəfat edib, aktiv xəstə sayı 23114 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 863, ötən müddət ərzində isə ümumilikdə 5 621 021 test aparılıb.

Etikxeber.az

Read Previous

“Azərsığorta”nın yeni sədri-SƏRƏNCAM

Read Next

Arnaud Breuillac İlham Əliyevə niyə minnətdarlıq-ETDİ? – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir