Daha 1809 yeni yoluxma-DAHA 33 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 809 yeni yoluxma faktı qeydə alınıb, 2 191 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 309 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 274 766 nəfər müalicə olunaraq sağalıb, 4 307 nəfər vəfat edib, aktiv xəstə sayı 30 716 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 097, ötən müddət ərzində isə ümumilikdə 3 164 974 test aparılıb.

Etikxeber.az

Read Previous

Şirəliyev getdi-ONUN VƏZİFƏSİNİ SƏHİYYƏ NAZİRİNİN BİRİNCİ MÜAVİNİ İCRA EDƏCƏK – SƏRƏNCAM(LAR) – YENİLƏNİB – (1)

Read Next

“Çox təəssüf ki, Hüseynbala özü-özünü bitirdi…”-TANINMIŞ YAP-ÇI – HÜSEYNBALA MİRƏLƏMOV YAP-DAN ÇIXARILDI – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir