Daha 1896 yeni yoluxma-DAHA 19 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1896 yeni yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 502 207 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 478 403 nəfər müalicə olunaraq sağalıb, 6 765 nəfər vəfat edib, aktiv xəstə sayı 17 039 nəfərdir.

Ölkədə son sutka ərzində 11 261, hazırkı dövrədək isə 5 025 402 test aparılıb.

Etikxeber.az

Read Previous

“Təəssüflər olsun ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri zamanı insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması faktlarına beynəlxalq hüquqi qiymət verilməyib”-OMBUDSMAN BƏYANAT VERDİ

Read Next

Azərbaycanın müstəqilliyini bərpa etməsindən-30 İL KEÇİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir